Şəhidlər və Milli Qəhrəmanlar qarşısında baş əyirik…!

1990-cı ilin Yanvar ayının “Qanlı Şənbə” axşamı. Bu gündə illərdən bəri azad yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk qəti addımlarını atdılar. Yəni bizim bu günümüz üçün üz canlarını fəda etdilər.

1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə millətimizin qorxmaz övladları Sovet İmperiyasının qoşunlarının Bakıya daxil olmasının qarşısını almaq üçün silahsız, əliyalın sovet tankların qarşısına çıxdılar. Qarbaçov SSRİ-nin “inkişafı” üçün “Perestroykaya” başlayandan sonra 70 ildən bəri millətimizin daxildən gələn azadlıq hissləri yenidən yavaş-yavaş qabarmağa başladı. Baxmayaraq ki, 1930-cu illərdə Azərbaycan xalqının “qaymağı” olan ziyalılarımızın demək olar ki, hamısı ermənilərin əli ilə ya sürgün olundu, ya da güllələndi, lakin bu cür Soyqrımda əsrlərdən bəri canımıza, qanımıza işləmiş azadlıq və millət sevərlik hissini ürəyimizdən silə bilmədi.

Rəsmi məlumatlara gürə həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet ordusu daxil olub. Qorbaçovun əmri ilə SSRİ –nin müdafiə naziri D.Yazov başçılığı ilə “UDAR” adlı bu əməliyyatda xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-sının “A” təxribat qrupundan istifadə edilmişdir. Həmçinin bu əməliyyatda Stavropol və Krasnodar vilayətindən olan hərbçilərdən (bu viləyətlətdə çoxlu erməni yaşayır) və Əfqanıstan müharibəsinin təcrübəli hərbçilərindən də istifadə edilmişdir.

Bu Qanlı gecədə Sovet qoşunları hez bir gunahı olmayan və sadəcə olaraq azad yaşamaq istəyən silahsız bir millətə qarşı müxtəlif cür silahlardan, beynəlxalq səviyyədə qadağan olunmuş Kalaşnikov Avtomatı üçün nəzərdə tutulan 5.45 tipli güllələrdən və digər qadağan olunmuş kimyəvi vasitələrdən istifadə etmişlər. Rəsmi mənbələrə gürə 1990-cı ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Azərbaycancan xalqı 131 nəfər mərd övladını itirdi. Vətənin gələcəyi uğrunda həmin gecə bu vəhşi ordunun qarşısına çıxan qəhrəman insanlarımızdan 744 nəfəri yaralandı, 4 nəfəri isə itkin düşdü. 400 nəfərdən çox ər igidlərimiz həbs olundu.

20 yanvar gecəsi baş verən faciə, millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. Məhz bu gecədə Azərbaycan xalqı bir daha dünyaya məncə ən əsası öz-özünə sübut etdi ki, biz ulu bir xalqıq və istəsək öz silahsız, lakin bir yumruq şəklində birləşən əliyalın əllərimizlə SSRİ kimi bir nəhəngi diz çökdürə, hətta darmadağın edə bilərik.(İndi siz özünüz fikirləşin ki, biz bir yumruq kimi birləşmiş silahlı əllərimizlə nələr edə bilərik…)

SSRİ-nin dağıdılmasında 20 yanvar faciəsi müstəsna rol oynamışdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: